Çexiya Gənclər Liqasında 4-cü turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası evdə “Pribram” ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Fərid “Slaviya”nın yeganə qolunu vurub. 3-cü dəqiqədə hesabı açan Praqa təmsilçisi üstünlüyünü qorumağı bacarmayıb.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 19 yaşlı futbolçu cari mövsümdə 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi