Portuqaliya Sequndasında ikinci turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” səfərdə "Braqa"nın B komndası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu Renat Dadaşov 57-ci dəqiqədə vurub. 19 yaşlı hücumçu 90+1-ci dəqiqədə rəqibinə qarşı kobud oynayaraq, qırmızı vərəqə alaraq, meydandan qovulub.
Dadaşov ötən turda penaltidən fərqlənə biıməmişdi.
Qeyd edək ki, "Eştoril" 2 turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.
saytlarin hazirlanmasi