"Krılya Sovetov"dan ayrılan Azərbaycan əsilli rusiyalı futbolçu Azər Əliyevin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi "Ufa"ya keçib. Azər yeni klubuna azad agent statusu ilə transfer olub.
Qeyd edək ki, Azər Əliyev AFFA-nın milliləşdirmək istədiyi futbolçulardan biridir.
saytlarin hazirlanmasi