"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla" çempionat üçün iki yeni futbolçu sifariş edib.
Sportal.az xəbər verir ki, qanalı müdafiəçi Nacebe Yakubu və malili yarımmüdafiəçi İbrahim Konenin Poltava təmsilçisinin iştirak ərizəsində B siyahısında yer alıblar.
Ukraynaya sərbəst futbolçu kimi gələn Yakubunun son klubu "Niger Tornados" olub. Kone Malinin U-17 komandasında çıxış edib.
"Vorskla" Premyer Liqanın turnir cədvəlində 7 turdan sonra 9 xalla 7-cidir.
saytlarin hazirlanmasi