Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan Hamitcanov komandanı müvəqqəti olaraq tərk etdiyi açıqlanan baş məşqçi Roman Qriqorçukla yolları birdəfəlik ayırdıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, klub başqanı məlumatları təkzib edib: “Hamımız Roman Qriqorçukun şəxsi məsələlərini həll edərək, öz işinə qayıdacağını gözləyirik. Onun qovulması ilə bağlı yayılan xəbərlər əsassızdır. Hər hansı bir dəyişiklik olsa, bu haqda azarkeşlərimizə məlumat verəcəyik. Onlara bildirmək istəyirəm ki, yalnız rəsmi xəbərlərə inansınlar”.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis şəxsi işləriylə əlaqədar olaraq "Astana"dan müvəqqəti gedib. Lakin onun "Astana"nın ÇL-dən kənar qalması səbəbindən postundan qovulduğu xəbərləri də dolaşır.
Xatırladaq ki, ukraynalı mütəxssis "Astana"ya "Qəbələ"dən ayrıldıqdan sonra keçmişdi.
saytlarin hazirlanmasi