Rusiya Premyer Liqasında çıxış edən “Rostov”un avqust ayında ən yaxşı futbolçusunun adı məlum olub.
Sportal.az xəbər verir ki, azarkeşlər hər oyundan sonra klubun saytında futbolçuların çıxışını qiymətləndiriblər. Nəticədə ötən ay ərzində fanatlardan ən yüksək xal alan Ayaz Quliyev “Rostov”un avqustda ən yaxşı oyunçusu seçilib.
Azərbaycanlı futbolçudan sonra ilk üçlükdə qapıçı İlya Abayev və müdafiəçi Aleksey İnonov qərarlaşıblar.
Ayaz 6 turdan sonra 1 qol vurub və 1 assist edib. Quliyev Rusiyanın U-21 millisinə də dəvət alıb.
saytlarin hazirlanmasi