Millətlər Liqasında sentyabrın 7-də millimizlə qarşılaşacaq Kosovo oyunun hazırlıqlarını başa vurub.
Sportal.az xəbər verir ki, Bernard Şalandın rəhbərliyi altında "Fadil Vokkri" stadionunda hazırlaşan komanda sabah Bakıya gələcək.
Kosovolular sabah Bakı Olimpiya Stadionunda saat 19:30-da məşqə çıxacaqlar.
Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi