Ansi Aqolli: "Komandaya təcrübəmlə fayda vermək istəyirəm"

13:36 - 7 Sentyabr 2018

Albaniya millisinə yenidən dəvət alan "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu millidən getmədiyini və təcrübəsiylə komandaya fayda vermək istədiyini deyib: "Millidən getməmişdim. Komandada yeni futbolçular var. Yığmadan dəvət almaq üçün həmişə hazır olmalısan. Komandaya təcrübəmlə fayda vermək istəyirəm. Bunun öhdəsindən maksimum şəkildə gəlmək istəyirəm".

 

Aqolli Albaniyanın Millətlər Liqasında İsrailə qarşı keçirəcəyi matça toxunub: "Son iki yoxlama görüşündə aldığımız məğlubiyyət bizə dərs olmalıdır. O yenilgiləri unudub, bu matçda yaxşı nəticə qazanmalıyıq. İsrailə 2 il əvvəl 0:3 hesabı ilə uduzmuşduq, lakin o matçda 9 nəfərlə mübarizə aparmalı olduq. Komandamıza inanıram".

 

35 yaşlı futbolçu Millətlər Liqasındakı hədəfləri barədə danışıb: "Yaxşı oynamalı və qələbə qazanmalıyıq. Xallar əldə etməliyik. Daha sonra nə olacağını görəcəyik".

 

Qeyd edək ki, Albaniya Millətlər Liqasının C liqasında I qrupda İsrail və Şotlandiya ilə eyni qrupda qərarlaşıb.

Xəbər xətti