Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk oyunu çərçivəsində səfərdə Azərbaycan millisinin qonağı olub. Bakı Olmipiya Stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb.
Sportal.az xəbər verir ki, oyundan sonra kosovoluların yarımmüdafiəçisi Hekuran Kryeziu fikirlərini bölüşüb. İsveçrənin "Sürix" klubunda çıxış edən 25 yaşlı futbolçu əsas məqsədlərinin uduzmamaq olduğunu deyib:
"Əsas məqsədimiz məğlub olmamaq idi. Bakıya qələbə qazanmaq üçün deyil, uduzmamaq üçün gəlmişdik. Qalib gəlmirsənsə, heç-heçədən imtina etmək olmaz. Bu, ilk oyunumuz idi. Düzdür, bizdən qələbə gözləyirdilər, məncə, uduzmamaq da yaxşı haldır. Yaxşı müdafiə olunduq və Azərbaycanın hücumlarının qarşısını kəsdik. İndi isə Farer adaları ilə evdə keçirəcəyimiz oyunu düşünməliyik".
saytlarin hazirlanmasi