"Keşlə"nin futbolçusu Əlcəzairə qarşı oynadı

17:49 - 9 Sentyabr 2018

“Keşlə”nin yarımmüdafiəçisi Ebrima Sohna Qambiya milli komandasının heyətində Əlcəzairə qarşı oynayıb.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Sohna 90 dəqiqə meydanda olub.

 

D qrupunda yer alan Qambiya yığması 2 oyundan sonra 1 xalla 4 komanda arasında 3-cüdür.

Xəbər xətti