"Kosovonu deyə bilmərəm, amma biz çox həvəsliyik. Uğurlu start bizim üçün vacib idi".
Sportal.az xəbər verir ki, bu sözləri Farer adalarının qapıçısı Qunnar Nielsen UEFA Millətlər Liqasında səfərdə Kosovoya qarşı keçirəcəkləri oyundan öncə deyib. 31 yaşlı qapıçı Kosovonun Azərbaycanla keçirdiyi görüşü izlədiyini bildirib:
"Kosovo evdə daha güclü oynayacaq. Azərbaycanla qarşılaşmada qapalı oyun nümayiş etdirdilər. Fikrimcə, Kosovo ilk dəqiqələrdən hücuma atılacaq. Onlar təzyiq altında olacaqlar. Biz isə rahatıq. Burdan xalla ayrılmaq istəyirik".
Farer adaları Millətlər Liqasının ilk turunda Maltanı 3:1 hesabı ilə məğlub edib. Kosovo isə səfərdə Azərbaycanla 0-0 hesablı heç-heçə edib.
Kosovo - Farer adaları matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi