Hollandiyalı baş məşqçi Qus Hiddinkin yeni iş yeri məlum olub.
Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcının iş yeri təəccübə səbəb olub. 71 yaşlı çalışdırıcı Çinin U-21 millisinin baş məşqçisi təyin edilib. Onun illik maaşı 4 milyon avro olacaq.
Qeyd edək ki, Hiddink PSV, “Fənərbaxça”, “Real”, “Valensiya”, "Anji", "Real Betis" klublarında, eyni zamanda Hollandiya, Avstraliya, Rusiya, Türkiyə və Cənubi Koreya millilərində çalışıb.
saytlarin hazirlanmasi