Maltanın baş məşqçisi: "Nəticəni uğurlu hesab edirəm"

01:45 - 11 Sentyabr 2018

"Azərbaycan millisi çox yaxşı komandadır. Əldə edilən heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Ray Farruca UEFA Millətlər Liqasının D Divizionun III qrupunun ikinci turunda Azərbaycan ilə heç-heçə (1:1) etdikləri matçdan sonra deyib. 

 

O, komandasının günü-gündən inkişaf etdiyini bildirib: "İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan bugünkü oyun komandam üçün olduqca önəmli idi”.

 

62 yaşlı mütəxəssis yer aldıqları qrup haqda danışıb: "Maraqlı qrupda yer aldığımızı əvvəlllər də demişəm. Kosovo yeni komandadır, yaxşı futbolçuları var. Farer adaları zəif rəqib deyil. Fikrimcə, Kosovo daha üstündür. Hazırkı reytinq cədvəli millilərin qüvvəsini düzgün əks etdirmir. İki turdan sonra Kosovo daha yüksəkdə olmalı idi". 

Xəbər xətti