"Qəbələ"nin futbolçusu oynadı, Albaniya məğlub oldu VİDEO

10:46 - 11 Sentyabr 2018

Albaniya yığması UEFA Millətlər Liqasında ikinci matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Albaniya səfərdə Şotlandiya ilə qarşılaşıb.

 

C Liqasında 1-ci qrupda yer alan komandaların dueli albanların məğlubiyyəti ilə başa çatıb - 0:2.

 

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Qəbələ"nin albaniyalı yarımmüdafiəçisi Sabiel Lilay isə 90 dəqiqə meydanda olub.

 

Albaniya yığması ilk turda doğma meydanda İsrailə 1:0 hesabıyla qalib gəlmişdi. Ansi həmin görüşdə də ehtiyatda qalmışdı.

 

Şotlandiya - Albaniya - 2:0

Qollar: Berat Cimsiti, 47 (avtoqol), Stiven Neysmit, 68

 

Xəbər xətti