"Qəbələ"nin futbolçusu: "Məqsədimizə çatmaq üçün irəli baxmalıyıq"

11:48 - 11 Sentyabr 2018

"Qəbələ"nin futbolçusu Sabien Lilayın şərəfini qoruduğu Albaniya yığması Millətlər Liqasının C liqasının I qrupunda səfərdə Şotlandiyaya 0:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, 90 dəqiqə meydanda olan yarımmüdafiəçi məğlubiyyətlə bağlı danışıb:

 

"Bəxtimiz gətirmədi. Məğlubiyyətin səbəbini izah etməkdə çətinlik çəkirəm. Bir qol vursaydıq, hər şey fərqli ola bilərdi".

 

29 yaşlı futbolçu məqsədlərinə çatmaq üçün çalışacaqlarını deyib:

 

"Əlbəttə, əgər rəqib qalib gəlibsə, buna layiqdir. Biz Şotlandiyanın güclü komanda olduğunu bilirdik. Amma Qlazqoya məğlub olmaq üçün gəlməmişdik. Yorğunluq var idi, amma fərqli sistemdə oynayırdıq. Qapalı oynamağa üstünlük verdik. Məqsədimizə çatmaq üçün irəli baxmalıyıq. Hələ heç nə bəlli deyil".

 

Albaniya qrupda keçirdiyi iki oyundan sonra 3 xal toplayıb.

Xəbər xətti