Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti oyununu idarə edib.
Sportal.az xəbər verir ki, 30 yaşlı referi yoxlama oyunları çərçivəsində Rusiya - Çexiya matçında ədaləti qoruyub.
Qarşılaşma Rusiyanın böyükhesablı qələbəsi ilə başa çatıb. Şimal qonşularımız rəqibini 5:1 hesabı ilə darmadağın edib. Əliyar Ağayev qarşılaşmada 2 dəfə cibinə atmalı olub. O, Çexiya millisinin üzvləri - Yan Boril və Tomas Sukeki sarı vərəqə ilə cəzalandırıb. Bundan əlavə, Ağayev Çexiyanın qapısına penalti də təyin edib.
Qeyd edək ki, Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov köməklik ediblər.
Rusiya 5 - 1 Çexiya
Qollar: Aleksey Yonov, 8, 29 (pen.), Anton Zabolotni, 24, Aleksandr Yeroxin, 78, Dmitri Poloz, 83
saytlarin hazirlanmasi