"Malta ilə Azərbaycan komandaları arasında görüşün bərabərliklə başa çatması bizim üçün yaxşı nəticə oldu".
Sportal.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında milli komandamıza eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi Bernard Şalland deyib.
İsveçrəli çalışdırıcı növbəti oyunda qələbə qazanaraq, liderliklərini möhkəmləndirmək istədiklərini söyləyib: "Farer adaları ilk oyununda qələbə ilə ayrılmışdı və qrupun lideri idi. Bizim bu rəqiblə oyunumuz asan olmadı. Növbəti oyunumuzu Maltaya qarşı keçirəcək. Onlar Farar adaları ilə oyunda məğlub olsalar da, yaxşı futbol sərgiləmişdilər. İndi isə Azərbaycan yığması ilə oyunda heç-heçə ediblər. Bu nəticə bizim üçün çox əlverişlidir".
67 yaşlı mütəxəssis komandasının gündən-günə inkişaf edəcəyini vurğulayıb: "Azərbaycana qarşı fərqli taktika ilə oynamışdıq. Bu oyunda isə tam fərlqli oynadıq. Kosovo gənc, istəkli və istedadlı kollektivdir. Oyundan-oyuna təcrübəmizi, keyfiyyətimizi daha da artırırıq. Farer adaları ilə qarşılaşmada nəyə qadir olduğumuzu göstərdik. Gələcək matçlarda daha uğurlu çıxış edəcəyimizə inanıram".
Qeyd edək ki, Kosovo Farer adalarını doğma meydanda 2:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə kosovolular qrupda lider olub. Farer adaları 3 xalla 2-ci, millimiz 2 xalla 3-cü, Malta 1 xalla 4-cüdür.
saytlarin hazirlanmasi