UEFA klublar üçün daha bir futbol turniri təşkil edəcək.
Sportal.az xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin prezidenti Andrea Anyelli məlumat verib. "Yuventus"un da prezidenti olan Anyeli UEFA ilə anlaşdıqlarını bildirib. Onun sözlərinə görə, turnirin formatı müəyyənləşdirilir.
Məlumata görə, yeni turnirdən sonra Çempionlar Liqasında klub sayı 32 qalacaq. Avropa Liqasında isə say 48-dən 32-yə düşəcək. Yeni turnir isə 2021/22-ci illər mövsümündə start götürəcək. Bu yarışda 96 klubun iştirakı nəzərdə tutulub.
saytlarin hazirlanmasi