"Qarabağ"ın futbolçusu Donald Gerrye və "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının heyətində növbəti oyunlarını keçiriblər.
Sportal.az xəbər verir ki, Haiti KONKAKAF Milli Liqası çərçivəsində doğma meydanda Sent-Martin millisi ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 13:0 hesablı qələbəsiylə başa çatıb.
Mustivar komandasının 12-ci qolunun müəllifi olub. Gerrye isə 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 10 oyun keçirib. Gerrye isə 42 dəfə milli formanı geyinib.
saytlarin hazirlanmasi