"Qəbələ"nin legioneri millidə 90 dəqiqə oynadı

00:31 - 12 Sentyabr 2018

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun 2-ci turunda iştirak edib.

 

Lalavelenin heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.

 

Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. O matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.

 

İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti