Latviya Birinci Liqasında 17-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Rejeknes”lə qarşılaşıb və 4:2 hesablı qələbə qazanıb.
Vüqar start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Çempionatın bombardiri olan forvard 36-cı dəqiqədə fərqlənməklə cari mövsümdəki qollarının sayını 23-ə çatdırıb.
“Dauqavpils” 17 turdan sonra 43 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi