"Qəbələ"nin "Qarabağ"la 48-ci dueli

11:46 - 22 Sentyabr 2018

Topaz Premyer Liqasında 5-ci turun mərkəzi görüşü Bakıda “Azərsun Arena”da “Qarabağ”la “Qəbələ” arasında olacaq.

 

Sportal.az xəbər verir ki, sentyabrın 23-də keçiriləcək matç rəqiblərin 48-ci dueli olacaq. Komandalar indiyədək 47 dəfə üz-üzə gəlib. “Qarabağ” daha çox – 19 qələbə qazanıb. “Qəbələ” meydanı 11 dəfə qalib kimi tərk edib. Digər 17 matçda bərabərlik qeydə alınıb.

 

“Qəbələ” bu oyunlarda 41 qol vurub, 55-ni buraxıb. “Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısından keçirdiyi 41 topa 27 futbolçu imza atıb. Komandanın bu görüşlərdəki ən yaxşı bombardiri braziliyalı Dodonun hesabında 5 top var. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə fərqlənib.

 

Premyer Liqada 41-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 40 görüşdə ağdamlılar 18, “qırmızı-qaralar”  10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada “Qəbələ” 36 qol vurub, 49-nu buraxıb.

 

“Qəbələ” səfərdə keçirdiyi 23 matçda 4 qələbə qazanıb, 9 heç-heçə edib və 10 dəfə uduzub. 17 qola sevinən komanda 29 top buraxıb.

Xəbər xətti