“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldova “Şerif”i ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq Çempionlar yolunun I mərhələsinin ilk oyununu gürcüstanlı referi Georgi Kruaşvili idarə edəcək.
Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq. Cavab matçı Tiraspolda “Şerif”in kiçik arenasında keçiriləcək. Oktyabrın 24-də baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək
"Qəbələ" - "Şerif"
Baş hakim: Georgi Kruaşvili
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Zaza Pipia (hamısı Gürcüstan)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).