“Qəbələ”nin “Şerif”lə heç-heçəsi VİDEO

17:49 - 4 Oktyabr 2018

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası ötən gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununa çıxıb. 

 

Sportal.az xəbər verir ki, Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv Moldova "Şerif”ini qəbul edib. Görüş 1-1 hesablı heç-heçə ilə başa çatıb.

 

Tərəflər arasında cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

 

"Qəbələ” (Azərbaycan) -"Şerif” (Moldova)

Qollar: Əli Sadıxov, 57 (pen.) - Danilo İqnatov, 31

 

Xəbər xətti