Albaniya yığması UEFA Millətlər Liqasında növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Sabien Lilayın formasını geyindiyi sözügedən komanda C Liqasının 3-cü qrupu çərçivəsində səfərdə İsraillə qarşılaşıb. Bu görüşdə meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər.
Lilay hesab 0:1 olarkən, 46-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, Albaniya yığması 3 oyundan sonra 3 xalla qrup sonuncusudu.
saytlarin hazirlanmasi