U-16 Liqası: Mərkəzi oyun Qəbələdə

00:28 - 18 Oktyabr 2018

Bu gün U-16 Liqasında 4-cü turun oyunları keçiriləcək. Yalnız ROİL – «Qarabağ» matçı sabaha təyin olunub. Buna səbəb «Zirə» və ROİL-nin eyni məkanı – Aviasiya Akademiyasının meydanını bölüşməsidir. Belə ki, hər 2 komanda ev oyunlarını məhz burada keçirir. 

 

4-cü turun mərkəzi qarşılaşması Qəbələdə baş tutacaq. «Qəbələ» «Keşlə»ni qəbul edəcək. Bu tura kimi xal itirməyən və qapısını toxunulmaz saxlayan qonaqların uğurlu çıxışı davam etdirib-etdirməyəcəyi böyük maraq doğurur. 

 

U-16 Liqası
4-cü tur
18 oktyabr (cümə axşamı)

 

12:00 «Zirə» - «Sumqayıt» (Aviasiya Akademiyasının stadionu)
13:00 Gəncə TİM - «Neftçi» İK İB (Gəncə şəhəri, TİM-nin meydanı)
13:30 «Neftçi» - «Turan Tovuz» («Dalğa Arena»nın köməkçi meydanı)
14:00 «Qəbələ» - «Keşlə» (Qəbələ şəhər stadionu)
15:00 «Viləş» - «Səbail» (Masallı şəhəri, A.Banişevski adına stadion)
15:30 İsgəndər Cavadov BFA – «Sabah» («Bakı Baza»)

 

19 oktyabr (cümə)

 

12:00 ROİL – «Qarabağ» (Aviasiya Akademiyasının stadionu)

 

2-ci tur çərçivəsində keçirilmiş «Viləş» - «Qarabağ» matçında birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılan Fidayə Əzizli («Qarabağ») və Bəhmən İbadov («Viləş») bu turu da cəza səbəbindən buraxmalı olacaqlar. Digər komandaların heyətində cəzalı futbolçu yoxdur.

 

 

«Het-trik news»

Xəbər xətti