Topaz Premyer Liqasının 8-ci turunda “Qəbələ” – “Neftçi” oyununda qarşılaşmanın baş hakimi Rəhim Həsənov kobud səhvə yol verib.
Sportal.az xəbər verir ki, FIFA referisi meydan sahiblərinin penaltisini verməyib. Belə ki, ilk hissənin son dəqiqələrində "qırmızı-qaralar"ın futbolçusu Təmkin Xəlilzadə “Neftçi”nin cərimə meydançasında qonaqların yarımmüdafiəçisi Rəşad Eyubovun müdaxiləsindən sonra yerdə qalıb. Eyubov diziylə Təmkinin qarşısını kəssə də, Həsənovun fiti susub.
Qeyd edək ki, qarşılaşmada "Qəbələ" 1-0 hesabı ilə öndədir.
saytlarin hazirlanmasi