“Qəbələ” Topaz Premyer Liqasının 9-cu turunun hazırlığına start verib.
Sportal.az xəbər verir ki, 8-ci turun oktyabrın 20-də “Neftçi”yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.
Bu gün paytaxtda toplaşan komanda “Sumqayıt”la görüşün hazırlığına başlayıb. “Qəbələ”nin bugünkü məşq prosesi “Bakı”nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.
Xatırladaq ki, “Dalğa Arena”da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı oktyabrın 27-i, saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi