"Qəbələ"nin rəqibi bəlli oldu

22:06 - 24 Oktyabr 2018

“Qəbələ”nin UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsindəki rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mərhələdə Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdıraraq Azərbaycan futbolu tarixində ilkə imza atan “qırmızı-qaralar” Almaniya “Herta”sı ilə üz-üzə gələcək.

 

Belə ki, Almaniya millisinin sabiq futbolçusu Mihael Hartmannın baş məşqçisi olduğu Berlin klubu Polşa təmsilçisi “Lex”i üstələyib. 3 həftə öncə öz meydanında 2:0 hesabı ilə qalib gələn U-19 Bundesliqanın çempionu səfərdə də qələbə qazanıb – 3:2.

 

II mərhələnin oyunları noyabrın 7-də və 28-də keçiriləcək. “Qəbələ” ilk görüşünü evdə, cavab matçını “Herta”nın meydanında oynayacaq.

Xəbər xətti