“Qəbələ” Topaz Premyer Liqasının 9-cu turunda “Sumqayıt”la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, 2-ci dövrədə ilk səfər matçını keçirəcək “qırmızı-qaralar” sabah “Dalğa Arena”da meydana çıxacaq. Bu görüş iki komanda arasında 26-cı duel olacaq. İndiyədək yalnız Premyer Liqada üz-üzə gələn komandalar 25 dəfə qarşılaşıb.
2012-ci ildə baş tutan ilk matçdan üstünlüyü ələ alan “Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi üzərində daha çox qələbə qazanıb. Hesabında 16 qələbə olan “qırmızı-qaralar” 7 dəfə 1 xalla kifayətlənib. Sumqayıtlılar isə yalnız 2 dəfə qalib gəlib. Hətta uduzduğu matçlarda da qol sevinci yaşayan “Qəbələ” 25 oyunun hamısında rəqib qapısına yol tapıb. Top fərqində də “qırmızı-qaralar” öndədi - 44:18. “Sumqayıt”la görüşlərin bombardiri Viktor Mendidi – 7 qol. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.
“Qəbələ” səfərdə keçirdiyi 12 görüşdə 6 dəfə qalib gəlibsə, 4 dəfə bir xal qazanıb. Hər iki məğlubiyyətini rəqib meydanında alan komanda 19 top vurub, 11-ni buraxıb.
Xatırladaq ki, oktyabrın 27-də “Dalğa Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi