Bu gün Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Sumqayıt” “Dalğa Arena”da “Qəbələ”ni qəbul edib.
Sportal.az xəbər verir ki, 2:2 hesabıyla başa çatan oyundan sonra əyalət klubun baş məşqçisi Sənan Qurbanov matçla bağlı fikirlərini bölüşüb:
- "Sumqayıt"la oyuna ciddi hazırlaşmışdıq. Çalışacağıq ki, öz oyunumuzu artıraq. Səhvlərimizin üzərində işləyəcəyik. Əvəzetmələrimizin ikinci hissəyə yaxşı təsir etdiyini düşünürəm.
- Birinci hissədə çox istəkli idiniz. Demək olarmı ki, bu "Neftçi"ylə oyundakı qələbəyə görə idi? Bir də qırmızı vərəqələr haqda nə deyə bilərsiz?
- Deməzdim ki, "Neftçi"yə qarşı qazandığımız qələbəyə görə idi. Əksinə, komandada gərginlik vardı. Epizoda baxacağıq.
- Müdafiədə boşluqlar vardı…
- Müdafiədəki boşluqları gərginliklə əlaqələndirərdim. Çalışacağıq ki, videoanalizlərdə bu boşluqları görüb, nəticə çıxaraq (komanda.az).