“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi

00:10 - 31 Oktyabr 2018

“Qəbələ” Topaz Premyer Liqasının 10-cu turunun hazırlığına start verib. 

 

Sportal.az xəbər verir ki, oktyabrın 27-də keçirilən “Sumqayıt”la 9-cu turun səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçib, ardınca birgünlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib. 

 

“Qırmızı-qaralar” bu gün baş tutan səhər məşqi ilə “Sabah”la qarşılaşmanın hazırlığına başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi “Bakı”nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydançada toplu çalışmalar icra olunub.

 

Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran “qırmızı-qaralar” sabah Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.

 

Xatırladaq ki, noyabrın 4-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı saat 17:00-da başlayacaq.

Xəbər xətti