“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.
Sportal.az xəbər verir ki, U-16 səfərdə “Qarabağ”a qalib gəlib - 3:2. Beş oyundan sonra aktivində 10 xal olan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb. İsgəndər Cavadov BFA-nı qəbul edən U-15 rəqib qapısından 11 cavabsız qol keçirib. 5 turdan sonra 13 xala malik “Qəbələ” turnirin lideridi.
Paytaxt zonasında çıxış edən U-13 “Zirə”ni məğlub edib – 3:2. Altı qarşılaşmada 9 xal toplayan “Qəbələ” 8-ci sırada yer alıb.
U-12, U-11 və U-10 Liqalarının Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə zonasında növbəti oyunlar keçirilib. U-12 Liqasında “Qəbələ” UGİM-i (İsmayıllı) 9:0, “UGİM Qəbələ” “UGIM Rabitəçi”ni (Yevlax) 4:1 hesabı ilə məğlub edib. 6 turdan sonra “Qəbələ” 18 xalla 1-ci, “UGİM Qəbələ” 10 xalla 4-cüdü.
5-ci qələbəsini qazanan “Qəbələ”nin U-11 komandası UGİM-in (Ağdaş) qapısından 18 cavabsız top keçirib. İtkisiz irəliləyən “qırmızı-qaralar” yarışın lideridi.
U-10 Liqasında “UGIM Rabitəçi” (Yevlax) ilə qarşılaşan “Qəbələ” 10:2, UGİM-lə (İsmayıllı) üz-üzə gələn “UGİM Qəbələ” 8:0 hesabı ilə qalib gəlib. 6 oyunda 18 xal yığan “Qəbələ” 1-ci, 5 matçda 3 xal toplayan “UGİM Qəbələ” 5-cidi.
saytlarin hazirlanmasi