UEFA Gənclər Liqasının II mərhələsində keçiriləcək “Qəbələ” - “Herta” (Almaniya) matçının baş hakimi qazaxıstanlı Daniyar Saxi olacaq.
Sportal.az xəbər verir ki, 27 yaşlı referi azərbaycanlı azarkeşlərə tanışdır.
Qazaxıstanlı FİFA referisi 2016/17 mövsümündə "Zirə" - "Differdanj" görüşündə ədaləti qoruyub. Bu, Saxinin avrokuboklarda idarə etidyi ilk oyun kimi yaddaşında əbədi olaraq, qalacaq. Sözügedən oyunda "Zirə" 2-0 hesabı ilə qalib gəlməklə avrokuboklarda ilk qələbəsini yaşamışdı. Həmin qarşılaşmada Saxi hər komandanın bir futbolçusuna sarı vərəqə göstərmişdi. "Qartallar"dan Milan Duriç cəzalanmışdı.
2015/2016 mövsümündə "Dalğa Arena"da keçirilən "Kəpəz" - "Daçiya" matçında (0:0) isə Saxi 4-cü hakim fuksiyasını yerinə yetirmişdi.
Gənc referi klublarımıza uğurlu olsa da, millimizin acı məğlubiyyətini idarə edib. Saxi 21 yaşadək futbolçular arasında Avro-2019-un seçmə mərhələsi çərçivəsində yığmamızın "Dalğa Arena"da Almaniyaya 0-7 hesabı ilə uduzduğu oyunu da idarə edib. Saxi millimizdən Elnur Cəfərovla Xəyal Nəcəfova sarı vərəqə göstərmişdi. Bundestimin heyətində isə "Hoffenhaym"ın vinqeri Nadim Amiri sarı vərəqə ilə cəzalanmışdı.
saytlarin hazirlanmasi