"Qəbələ"nin legionerinə milli dəvət

13:07 - 5 Noyabr 2018

"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo millisinə dəvət alıb.  

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Klaude Le Roy Afrika Millətlər Kubokunun seçmə tuirniri çərçivəsində Əlcəzairlə oyun üçün 27 yaşlı yarımmüdafiəçini yığmaya dəvət edib. 22 nəfərlik siyahıda "Keşlə"nin 33 yaşlı hücumçusu Conata Aitenin adı yoxdur. Əvəzində, onun "Fulhem"də çıxış edən qardaşı Floyd Aite milliyə çağırılıb. Bundan əlavə, "Başakşəhər"də çıxış edən Emmanuel Adebayor da millinin düşərgəsinə qatılacaq.

 

Komandalar arasında oyun noyabrın 16-da keçiriləcək.

 

Qeyd edək ki, Atakora 2011-ci ildən milliyə dəvət alır.

Xəbər xətti