UEFA “Qəbələ”nin müvafiq yaş qrupundan ibarət komandasının 2018/19-cu il mövsümündə Gənclər Liqasınının birinci mərhələsində iştirakına görə maliyyə ayırıb.
Sportal.az xəbər verir ki, səyahət (travel and accommodation) xərclərinə UEFA tərəfindən ayrılmış 25,000.00 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qəbələ” İK-nın hesabına köçürülüb.
Qeyd edək ki, "Qəbələ" Gənclər Liqasının ilk mərhələsində Moldova "Şerifi"ni üstələyib. "Qırmızı-qaralar" II mərhələdə Almaniya çempionu "Herta"ya ilk oyunda 1-3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi