Aykut Kocaman sabiq klubuna qayıtdı

11:51 - 17 Noyabr 2018

Türkiyə Super Liqasında mübarizə aparan "Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, konyalıların "sükanı arxası"na son olaraq, "Fənərbaxça"nı çalışdırmış Aykut Kocaman keçib. Kocaman bu postda istefaya göndərilən Rıza Çalımbayı əvəz edib. Onunla 2,5 illik müqavilə imzalanıb.

 

Xatırladaq ki, Aykut Kocaman bundan əvvəl 2005-2006 və 2014-2017-ci illərdə "Konyaspor"un baş məşqçisi olub.

Xəbər xətti