"Fənərbaxça" mərakeşliləri göndərir

14:10 - 18 Noyabr 2018

Mövsümə uğursuz başlayan Türkiyənin "Fənərbaxça" klubu qışda heyətinə əl gəzdirəcək.

 

Sportal.az xəbər verir ki, əsas komandadan uzaqlaşdırılan Atif Şeşue və Nabil Dirarla yollar ayrılacaq. 32 yaşlı yarımmüdafiəçi ilə "Konyaspor" klubu maraqlanır və danışıqlar müsbət nəticələnsə, transfer reallaşacaq. Dirar isə yenidən Fransaya qayıtmağı planlaşdırır. 32 yaşlı futbolçunun agenti Liqa 1-də klub axtarır.

 

Qeyd edək ki, Şeşue 2016-cı ildən "Fənərbaxça"da çıxış edir. Dirar isə yayda "Monako"dan 4,5 milyon avroya "Fənərbaxça"ya keçib. Hər iki futbolçu Mərakeş millisinin üzvüdü.

Xəbər xətti