Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Qarabağ” bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, sözügedən komandalar “Azersun Arena”da üz-üzə gəliblər. Ayxan Abbasovun yetirmələri bu matçda 1:0 hesablı qələbə qazanıb.
Görüşdə vurulan yeganə qola 21-ci dəqiqədə Cavid Tağıyev imza atıb.
saytlarin hazirlanmasi