10-cu oyun

13:44 - 21 Noyabr 2018

“Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan milli komandasında növbəti oyununu keçirib.

 

Sportal az xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasının sonuncu – VI turunun iştirakçısı olub. O, D liqasının III qrupunda keçirilən Kosovo – Azərbaycan matçında (4:0) meydana çıxıb.

 

Start heyətində yer alan Xəlilzadə oyunu əvəzolunmadan keçirib. Müdafiəçi bu qarşılaşmada sarı vərəqə alıb.

 

Xatırladaq ki, bu görüş Təmkinin millidə 10-cu oyunu olub. Onun hesabında 1 qol var.

Xəbər xətti