“Beşiktaş”ın futbolçusu Rayan Babel 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Sportal.az xəbər verir ki, Hollandiya yığmasının üzvü UEFA Millətlər Liqasının A qrupunun “Almaniya” ilə oyununda (2:2) zədələnib. Tibbi müayinədən sonra onun 3 həftə komandasına kömək edə bilməyəcəyi məlum olub.
Babel dekabrın 2-də Türkiyə Superliqasının 14-cü turunda evdə “Qalatasaray”la derbi matçında oynaya bilməyəcək.
saytlarin hazirlanmasi