“Qalatasaray”ın keçmiş futbolçusu Bufetimbi Qomis “Fənərbaxça”ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu “instaqram” səhifəsində etdiyi paylaşımla bu xəbərləri təkzib edib:
“Mən danışılan söz-söhbətlərdən qürur duyuram, xoşbəxtəm, amma aslan həmişə evində - Aslantəpədə qalacaq. Çox təəssüf edirəm, Aslanlar uça bilməz".
Qeyd edək ki, Seneqal əsilli fransalı futbolçu ötən mövsümün sonunda “Qalatasaray”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.
saytlarin hazirlanmasi