"Qarabağ"la oyun öncəsi "Sportinq"də iki ciddi itki

14:47 - 22 Noyabr 2018

"Sportinq"də hücumçu problemi yaşanır

 

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisinin iki hücumçusu Fredi Montero və Rafinya zədə səbəbindən qarşıdakı oyunları buraxacaqlar. Onların Portuqaliya kubokunda "Sportinq"in "Lusitano" ilə matçında meydana çıxmayacaqları dəqiqdir. "Qarabağ"la Bakıda keçiriləcək oyunda iştirakları isə şübhə altındadır.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" görüşü saat 21:55-də start götürəcək.

Xəbər xətti