Azərbaycanı uddular, 500 min mükafat aldılar

16:12 - 22 Noyabr 2018

Kosovo hökuməti milli komandanın UEFA Millətlər Liqasındakı uğurlu çıxışına biganə qalmayıb.

 

Sportal.az xəbər verir ki, ölkə rəhbərliyi son turda yığmamızı məğlub edərək, adını pley-offa yazdıran komandanı mükafatlandırıb. Qazanılan uğurlu nəticəyə görə, milliyə 500 min avro mükafat verilib.

 

Qeyd edək ki, son oyunda millimizi 4:0 hesabı ilə məğlub edən Kosovo qrupu ilk pillədə tamamlayaraq, C liqasına vəsiqə qazanıb.

Xəbər xətti