"Qəbələ"dən 17 cavabsız qol

00:00 - 23 Noyabr 2018

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın keçirdiyi liqalarda növbəti oyunlarına çıxıb.

 

Sportal.az xəbər verir ki, U-17 səfərdə “Turan”a qalib gəlib – 3:0. 5 oyunda 10 xal toplayan “qırmızı-qaralar” 7-ci pillədə qərarlaşıb.

 

U-16 “Sabah”la görüşdə 1:0 hesablı qələbə qazanıb. 8 matçdan sonra 19 xala malik “Qəbələ” 2-ci yerdədir.

 

“Zaqatala”nın qonağı olan U-15 meydandan böyükhesablı qələbə ilə ayrılıb – 4:0. 8 turdan sonra 22 xalı olan komanda turnirin lideridir.

 

Paytaxt zonasında “Keşlə” ilə görüşən U-14 böyükhesablı qələbə ilə hesabına 3 xal yazıb – 4:1. 7 oyunda 16 xal yığan “qırmızı-qaralar” 5-ci sırada yer alıb. Eyni zonada mübarizə aparan U-13 “Qarabağ”a uduzub – 1:3. 8 turda 9 xal toplayan “Qəbələ” 11-ci yerdədir.

 

U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında klubun iki komandası üz-üzə gəlib. “Qəbələ” UGİM “Qəbələ” üzərində qələbə əldə edib – 2:1. 9 turdan sonra sonuncular 14 xalla 3-cü, “Qəbələ” isə 27 xalla 1-cidir.

 

U-10 Liqasının eyni zonasında “Qəbələ” İsmayıllı UGİM-indən güclü olub – 17:0. “Qırmızı-qaralar” 9 turdan sonra 27 xalla 1-ci, 8 oyunda 12 xal toplayan UGİM “Qəbələ” isə 3-cüdür.

 

Qızlar arasında Yüksək Liqada mübarizə aparan “Qəbələ” 8№-li İOEUGİM-lə (Bakı) görüşüb. Matç 1:1 hesabı ilə başa çatıb. 4 oyunda 4 xal yığan komanda turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

Xəbər xətti