Topaz Premyer Liqasının XII turunun “Keşlə” - “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssisin qələbəni şərh edib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Fasilə dövründə çatışmazlıqlar üzərində çalışmışdıq. Tərlan Əhmədovun gəlişindən sonra “Keşlə”də yüksəliş var. Rəqibi ciddi təhlil etmişdik. Məni sevindirən amil futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirməsidir. Az müdafiə olunub, hücumda daha çox vaxt keçirmək istəyirdik. Bunun üçün də rəqibin hücumlarının qarşısını almağı bacarmalı idik. Futbolçuları da, azarkeşlərimizi də təbrik edirəm. Oyunçuları matça düzgün kökləməyə çalışmışdıq. Bu gün daha fərqli qalib gələ bilərdik. Yenə qol imkanlarından yararlanmadıq. Bunu tələskənliklə izah edərdim. Oyun gərgin keçdi. Matçın sonlarında qol da buraxa bilərdik. Belə oyunda xal itirsəydik, çox üzülərdik. Sevinirik ki, qarşılaşmanı 3 xalla başa vurduq. Cəzalı duruma düşən Ceyms Adeniyi hazırda yaxşı formadadır. Lakin onu əvəz edə bilən futbolçularımız da var. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən oyunçuya növbəti matçda şans verəcəyik”.
saytlarin hazirlanmasi