Baş məşqçi: "Rüfət Dadaşov "coker" rolunu oynayacaq"

19:02 - 26 Noyabr 2018

"Proyssen"in baş məşqçisi Marko Antverpen futbolçusu Rüfət Dadaşov barədə növbəti açıqlama verib.

 

Sportal.az-ın Almaniya mətbuatına  istinadən yaydığı xəbərə görə, o, millimizin hücumçusunun  3-cü bundesliqanın 16-cı turunda "Ayntraxt"a (Braunşveyq) qarşı matça ehtiyat oyunçular skamyasında başlayacağını deyib: "O, yığmadan zədəli və yorğun qayıdıb.  Ona görə Rüfət bu gün "coker"  rolunu oynayacaq".

 

Qeyd edək ki, "Proyssen" - "Ayntraxt" görüşü bu gün Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Xəbər xətti