“Qəbələ” Berlində son məşqə çıxdı

00:52 - 28 Noyabr 2018

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” sabah Çempionlar yolunun 2-ci mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşacaq.

 

Berlində keçiriləcək görüşdən bir gün əvvəl Emin İmaməliyevin baş məşqçisi olduğu komandanın oyunöncəsi son məşqi baş tutub. Hazırlıq prosesi sabahkı matçın keçiriləcəyi “Vurfplats” stadionunda gerçəkləşib. Bununla da “Qəbələ” Almaniya çempionu ilə matçın hazırlığını tamamlayıb.

 

Xatırladaq ki, sabah Berlində baş tutacaq “Herta” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələ, cavab oyunu

28 noyabr

 

16:00. Herta - Qəbələ
Hakimlər
: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya).
Berlin. “Vurfplats” stadionu.
İlk oyun – 3:1.

Xəbər xətti