“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal” “Qalatasaray”ın müdafiəçisi Ozan Kabakla maraqlanır.
Sportal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun baş məşqçisi Unai Emeri skaut heyətinə 18 yaşlı futbolçunu diqqət mərkəzində saxlamağı tapşırıb. İddiaya görə, “topçular”ın nümayəndələri qış fasiləsinə qədər gənc oyunçunu izləyəcəklər. Hətta onun yanvar ayında “Arsenal”a transferi də gündəmdədir.
Qeyd edək ki, “Arsenal”la yanaşı, “İnter” və “Mançester Siti” də Kabakın xidmətində maraqlıdır.
saytlarin hazirlanmasi