Klub oyunlarının təxirə salınması üçün yaşayan futbolçusunun öldüyünü açıqladı

16:45 - 28 Noyabr 2018

İrlandiyanın həvəskarlar liqasında çıxış edən “Ballibrak” klubu oyunlarının təxirə salınması üçün maraqlı üsula əl atıb. 

 

 Sportal.az xəbər verir ki, klub futbolçusu Nuno La-fuentenin avtomobil qəzasında dünyasını dəyişdiyini açıqlayaraq, İnrlandiya Futbol Federasiyasından “Arklov Taun”la oyununun təxirə salınmasını xahiş edib. 

 

İrlandiya Futbol Federasiyası klubun xahişini nəzərə alıb, “Arklov Taun”la oyunu təxirə salıb.  Federasiya həvəskarlar liqasında keçiriləcək bütün oyunlardan öncə 1 dəqiqəlik sükut olunmasını tələb edib. Lakin sonradan klubun yalanı üzə çıxıb, futbolçunun yaşadığı bəlli olub.  Bundan sonra İrlandiya Futbol Federasiyası klub haqqında araşdırmalara başlayıb. 

 

“Ballibrak” daha sonra bunun şəxsi problemləri olan klubun idarəçilərinin birinin əməli olduğunu açıqlayıb. Klub artıq həmin şəxsin vəzifəsindən azad eldiyini bəyan edib. 

Xəbər xətti